news Image
2016.06.14
13:22
| A A A
Temperatur 34 dərəcəyə çatacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 15-16-da Abşeron yarımadasında iyun ayı üçün səciyyəvi temperatur şəraiti və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs