news Image
2016.06.14
13:25
| A A A
Bakı metrosunun yay qrafiki açıqlandı

İyunun 22-dən Bakı metrosu yay qrafikinə keçir.


Bu barədə Movqe.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.


Qurum rəsmisi bildirib ki, yeni qrafikə əsasən, hərəkət cədvəli 24 cüt/saat qatarla olacaq: "Qış qrafikində bunlar 30 cüt/saat qatarla idi. Yəni "Həzi Aslanov" - "28 May" stansiyaları arası interval pik saatlarda 2.5 dəqiqə, qeyri-pik saatlarda isə 3 dəqiqə olacaq. "28 May" - "İçərişəhər", "28 May" - "Dərnəgül" xətləri arası isə interval müvafiq olaraq 5-6 dəqiqə olacaq".


N.Paşayev bildirib ki, qeyri-iş günlərində isə fərqli qrafik tətbiq ediləcək: "Pik saatda qatar 2 dəqiqədən bir xəttə buraxılırsa, qeyri-iş günlərində interval 2.5 dəqiqə olacaq. Həm qeyri-iş günlərində, həm də sərnişinin az olduğu səhər və gecə saatlarında fərqli qrafik olur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs