Əlaqə Arxiv
news Image
2016.06.14
14:15
| A A A
Uşaqlarda qurdu təyin edən yeni üsul fırıdaqdır?-Baş pediatr xəbərdarlıq etdi!

Səhiyyə Nazirliyi (SN) Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, nazirliyin baş pediatrı Nəsib Quliyev  Movqe.az-a açıqlamasında bildirib ki, uşaqlarda qurd invaziyasının ən etibarlı və obyektiv müayinə üsulu bağırsaq möhtəviyyatının müayinəsidir: "Mədə-bağırsaqda yerləşən qurdların aşkarlanması üçün ən obyektiv üsul, bağırsaq möhtəviyyatı təzə-təzə əldə edilən kimi mikroskopiya olunur və orada hansı qurdun  özünün yaxudda  yumurtasının olduğu aşkarlanır. Bundan əlavə də, həkimin klinik əlamətlərə görə müəyyən etdiyi şikayətlər üst-üstə qoyulur, bundan sonra qərar çıxardılır. Adətən uşaqlarda daha çox rast gəlinən bizquyruq qurd (enterbioz), askarida (askaridoz), lambliya (lyamblioz) deyilən birhüceyrəli orqanizmlərə rast gəlinir. Onların da qurdqovucu preparatlarla müalicəsi tam mümkündür.  Bundan başqa bəzən immunoferment analiz yolu ilə qanını müayinə ilə qurdun təyinini təklif edənlər də var. Bu əsasən özəl klinikalardır. Bu düzgün, obyektiv müayinə üsuslu deyil. Dolayı müayinə üsuludur. Bu üsulun çatışmayan tərəfi ondan ibarətdir ki, bu üsulla nə zaman qurdla kontaktda olan insan olubsa, onu sağlam olmasına baxmayaraq, onun antitelləri bu müayinə ilə  görünə bilər. Hazırda uşaqları xəstəliklərə qarşı peyvənd edirlər.  Yaxud da insan hansısa yoluxucu xəstəlik keçirir, sonradan onda imuntet yaranır. İmmunofermet analizdə (İFA) ömür boyu, nə vaxt qanı yoxlasaq, bu xəstəliklərin nişanələri orada görünəcək. Uşaq beş yaşda qızılca xəstəliyi keçiribsə, onun qanını 45 yaşında da immunoferment analizi ilə müayinə etdikdə o keçirdiyi qızılcanın antitelləri, spesfik qızılcanın immunoqloblinləri orada görünəcək. Bu o demək deyil ki, 45 yaşlı insan qızılca ilə xəstələnib. Bu müayinə üsulları  dolayı və qeyri-dəqiq müayinə üsullarıdır. Ona görə də, klinik praktikada onlardan çox az istifadə olunur. Bunu edənlər əsas etibarilə özəl klinikalardır. İki il öncə də buna bənzər, dolayı yolla qurdun müalicəsini təşkil edən Gürcüstan və İran vətəndaşlarının fırıldağının üstü bizim güc strukturları tərəfindən açıldı. Onlar  məsuliyyətə cəlb olundu. Bizim tövsiyyətimiz ondan ibarətdir ki, uşaqda qurda şübhə olanda dövlət uşaq polikilinikalarının parazitoloji və mədə-bağırsaq şöbələrində müayinə etdirmək lazımdır. Nəcisin mikroskopiyası aparılır, klinik müşahidə ilə birgə qurdun yumurtası, yaxud özü tapıldıqda, bu təsdiq olunmuş hesab olunur. Bundan sonra müvafiq müalicəsinə başlanılır. İFA üsulu ilə qurdun müayinəsi dolayı üsuldur və mən valideynlərə bunu məsləhət görmürəm". 

N. Quliyev deyir ki, sahə həkimlərinin uşaqları qurda görə ummunoferment analizator vasitəsilə müayinəyə yönləndirməsi düzgün mövqe deyil: "Uşaqların icabari dispanserizasiyasında müayinələrin biri də qurda yoluxmaya görə yoxlanmadır. Uşaq polikilinikaları, uşaq konsultasiya mərkəzləri, dövlət tibb müəssisələri bu işə görə cavabdehdir. Onlar da bu işi yerinə yetirilər. Kimlər bundan boyun qaçırırsa, deməli o səhv mövqedədi". 

V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun parazitologiya şöbəsinin həkimi Leyla QƏhrəmanova da, İFA üsulu ilə qanda qurdun təyinin doğru olmadığını söyləyib. Onun sözlərinə görə nə İFA üsulu ilə, nə dəki İmediz üsulu ilə qurdun müayinə və müalicəsinə inanmır: "Biz bu cür müayinə yollarını tövsiyyə etmirik. Nəcisin və qanın müayinəsi və klinik əlamətlərə görə, müayinələr aparılır, qurdun özü və toxumu aşkarlandıqdan sonra müalicəsinə başlanılır".

Qeyd edək ki, hazırda qurdun İFA üsulu ilə müayinəsi Bakıda bir neçə özəl tibb mərkəzlərində mümkündür. İFA üsulu ilə müayinə tətbiq edən özəl tibb müəssisələrindən isə sualımıza cavab verməkdən yayındılar".


 


Sizin Reklam Yeriniz