Əlaqə Arxiv
news Image
2016.06.14
14:52
| A A A
Azərbaycanda və xaricdə təhsil alan bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək

Azərbaycanda və xarici ölkələrdə təhsil alan, Azərbaycan vətəndaşı olan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək.


Movqe.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin növbədənkənar plenar iclasında qəbul olunan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklərdə əksini tapıb.


İndiyə qədər Azərbaycanda ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək, xarici ölkələrin siyahısı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilib.

 

Dəyişikliyə əsasən bundan sonra Azərbaycanda əyani təhsilalma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

Sizin Reklam Yeriniz