Əlaqə Arxiv
news Image
2016.06.14
18:10
| A A A
Nəsimi rayonundakı 11 nömrəli Xüsusi Təhsil Məktəbinin şagirdlərinin “Son zəng” tədbiri keçirilib

Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan zalında 11 nömrəli Xüsusi Təhsil Məktəbinin şagirdlərinin "Son zəng" tədbiri keçirilmişdir.11 nömrəli Xüsusi Təhsil Məktəbi XX əsrin 40-cı illərindən fəaliyyət göstərir. Bu məktəbdə 894 nəfər fiziki qüsurlu uşaq təhsil alır. Bu il məktəbi 95 nəfər şagird bitirir.


Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan 11 nömrəli Xüsusi Təhsil Məktəbinin direktoru Aynurə Hacıyeva məktəb kollektivinin uğurlarını qeyd edərək Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışmışdır. Qeyd etmişdir ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdür və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunur.


Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov uşaqları salamlayaraq, "Son zəng" günü münasibəti ilə təbrik edərək dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışmışdır. Asif Əsgərov bildirmişdir ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.


Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və digər qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara uğurlar arzuladılar.


Məktəbin müəllim kollektivi və valideynləri əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.


Tədbirdə 11 nömrəli Xüsusi Təhsil məktəbində təhsil alan fiziki cəhətdən qüsurlu uşaqların ifalarında şer, mahnı və rəqs tamaşaçılarda xoş ovqat yaratmışdır.


Tədbir zamanı gənc modelyer Günel Behbudovanın məktəbin şagirdləri üçün hazırladığı Bahar geyimləri nümayiş olunmuşdur.

Sizin Reklam Yeriniz