Əlaqə Arxiv
news Image
2016.06.15
15:00
| A A A
Sabahın havası açıqlandı

Sabah paytaxtda hava şəraitinin dəyişkən buludlu, lakin yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 28-33, Bakıda gecə 18-20, gündüz 30-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə iyunun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti qeydə alınacaq.

Sizin Reklam Yeriniz