Əlaqə Arxiv
news Image
2016.06.16
09:40
| A A A
Tərtər rayonunda hərbi sursatın partlaması nəticəsində azyaşlı uşaq xəsarət alıb

Tərtər rayonun Əskipara kəndinin azyaşlı sakini hərbi sursatın partlaması nəticəsində xəsarət alıb. Partlayış nəticəsində azyaşlının üzü və ayaqları yanıb.

Belə ki, kənd sakini həyətində təmizlik işləri apararkən azyaşlının əlindəki kibritlə çöldə toplanmış tullantılara od vurması partlayışa səbəb olub. Partlayış nəticəsində o, ağır yanıq xəsarətləri alıb. Dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılan uşaq ambulator müayinədən sonra evə buraxılıb. Hazırda azyaşlının vəziyyəti orta ağırdır.

Qeyd edək ki, azyaşlının agır yaralanmasına səbəb olan hərbi sursatın adı hələlik məlum deyil.





Sizin Reklam Yeriniz