news Image
2016.06.16
09:50
| A A A
Şəkidə 58 yaşlı kişini ilan sancıb

Şəkidə taxıl sahəsində işləyən 58 yaşlı kişini ilan sancıb. Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, iyunun 15-i günün ikinci yarısında rayonun Böyük Dəhnə kənd sakini, 1958-ci il təvəllüdlü Füzuli Diqqət oğlu Seyidov ilan sancma xəsarət ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 58 yaşlı F.Seyidov Böyük Dəhnə kənd inzibati ərazisində özünə məxsus taxıl sahəsində işləyərkən ilan qəfildən onun sol ayağının baldır nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən F.Seyidova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. F.Seyidovun vəziyyətinin orta-ağır olduğu bildirilir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs