news Image
2012.04.20
17:45
| A A A
Respublikanın çaylarının bu günə olan vəziyyəti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 120-230, Kiçik Qafqazın çaylarında 120-190, Lənkəran-Astara bölgəsi çaylarında 45-65, Naxçıvan MR çaylarında isə 60-65 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətinə gəldikdə isə: Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 644 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. (2011-ci ildə 525 m3/s olmaqla 71 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 237 m3/san olmaqla, ongünlük normanın 141 faizini təşkil edir (2011-ci ildə 221 m3/s olmaqla 132 faiz təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki durum haqqında məlumat verən nazirlik, aprelin 14-dən 20-dək Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunduğunu açıqlayıb. Belə ki, Surra məntəqəsində suyun səviyyəsi 57 sm, Şirvanda 77 sm, Salyanda 70 sm, Bankədə 24 sm, Araz çayının Novruzlu məntəqəsində isə 22 sm artıb. Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 569 sm (2011-ci il aprelin 20-də 583 sm), Şirvanda 474 sm (2011-ci il aprelin 20-də 497 sm ), Salyanda 393 sm (2011-ci il aprelin 20-də 419 sm ), Bankədə 288 sm (2011-ci il aprelin 20-də 313 sm), Araz çayının Novruzlu məntəqəsində isə 246 sm (2011-ci il aprelin 20-də 298 sm) təşkil edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs