Əlaqə Arxiv
news Image
2016.06.16
13:00
| A A A
Sürüşmə nəticəsində yollar bağlanıb-Açıqlama

Yağıntılar nəticəsində Azərbaycanın bir çox bölgələrində sürüşmələr baş verib.  Bu sözləri Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyev deyib. Onun sözlərinə görə, atmosfer çöküntüləri intensivləşdiyindən qədim sürüşmə sahələrində müəyyən qədər aktivləşmə və sürüşmə baş verib: "Bunun nəicəsində Bakı-Şamaxı yolunun 106-107-ci km-də olan qədim sürüşmə sahəsində sürüşmə kütləsi müəyyən qədər genişlənib, böyüyüb. Amma buna baxayaraq yol bağlanmayıb. Bakı-Ağsu yolunun 135-156-cı km-də də qədim sürüşmə sahəsindəki çatlarda müəyyən qədər sürüşmə baş verib. Sürüşmə nəticəsində yollara qismən uçqun-töküntü hadisəsi də olub. Bu aradan qaldırılandan sonra gediş-gəliş bərpa olunub. Yağıntılar nəticəsində İsmayıllı rayonunun Sulut kəndi ərazisində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində də sürüşmə baş verib. Sürüşmə sahəsində Sulut-Kələzeyvə-Sərsurə kəndləri arasında olan avtomobil yolları tamamilə sıradan çıxıb. Sürüşmə Sərsurə kəndi ərazisinə də çatıb və orada 7 ev qəzalı vəziyyətə düşüb. Həmin ərazidən əhali köçürülüb".

Ə. Piriyev  bildirib ki, Bakıdakı Zığ sürüşmə sahəsində müəyyən qədər sürüşmə kütləsinin üzərində olan çatlarda genişlənmə olub: "Sürüşmənin dinamikasında aktivləşmə qeydə alınıb: "Bu ay ərzində Muğanlı-İsmayıllı, Quba yolunda da aktivləşmə müşahidə olunub. İsmayıllı rayonun Xan kəndində sürüşmə dinamikasında aktivləşmə qeydə alınıb. Quba-Xınalıq yolunun 37-46, 37-47-ci km-də uçqun-töküntü hadisələri baş verib. Lerik, Masallı rayonunda bəzi yerlər cüzi aktivləşmə qeydə alınıb". 


Sizin Reklam Yeriniz