Əlaqə Arxiv
news Image
2016.06.16
13:28
| A A A
“Formula-1” ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib

"Formula-1" ilə əlaqədar Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakıda ilk dəfə təşkil olunan "Formula-1" üzrə Avropa Qran-prisi yarışı ərəfəsində və dövründə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunması, müvafiq tədbirlər planından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunlarının hərbi hissələrinin şəxsi heyəti iyunun 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Sizin Reklam Yeriniz