Əlaqə Arxiv
news Image
2016.06.16
15:07
| A A A
Əsir və girovların qaytarılması ilə bağlı TƏKLİF

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində aidiyyəti beynəlxalq təşkilatlarla iş davam etdirilir.  Movqe.az-ın  məlumatına görə, bunu Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov bu gün Milli Məclisdə keçirilən "18 İyun - Azərbaycanda İnsan Hüquqları Günü"nə həsr olunmuş dinləmələrdə deyib.

İ.Axundov bildirib ki, hazırda Komissiya həmin şəxslərin dərhal azad edilməsi, eyni zamanda əsir və girov götürülən şəxslərin gələcəkdə qısa müddət ərzində geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən saziş layihəsinin hazırlanaraq hər iki tərəfin müzakirəsinə təqdim edilməsini təklif edib.

Onun sözlərinə görə, hazırda bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi ilə məsləhətləşmələr aparılır.



Sizin Reklam Yeriniz