Əlaqə Arxiv
news Image
2016.06.16
17:38
| A A A
Formula 1-ə görə metro stansiyaları qarşısında tibbi briqadalar fəaliyyət göstərəcək

"Formula 1" yarışması ilə əlaqədar Bakı Metropoliteninin "Sahil" və "İçərişəhər" stansiyalarının qarşısında Səhiyyə Nazirliyi tərəfindən yaradılmış iki tibbi briqada fəaliyyət göstərəcək.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib. Onun sözlərinə görə, hər iki stansiyanın qarşısında yüksək səviyyəli tibbi heyətlə və avadanlıqla təchiz edilmiş tibbi maşınlar dayanacaq. Sabah səhər saatlarından fəaliyyətə başlayacaq tibbi briqadalar Formula 1-in keçiriləcəyi müddət ərzində yarışlarda iştirak etmək üçün Bakıya gələn qonaqlar və paytaxt sakinlərinə xidmət göstərəcək.


L.Bayramova əlavə edib ki, "Formula 1" yarışı dövründə idmançılara və komanda heyətlərinə tibbi xidmətlərin göstərilməsində əsas kliniki xəstəxana kimi istifadə olunacaq Mərkəzi Neftçilər Xəstəxanası və Kliniki Tibbi Mərkəz, eyni zamanda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası xidmət göstərməyə tam hazırdır. Bu müəssisələr artıq iyunun 13-dən gücləndirilmiş iş rejimində çalışırlar. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası yarış zamanı tibbi yardım göstərilməsi üçün 27 həkim briqadası ayırıb:


"Azərbaycanın artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi var. Avropa Oyunlarında olduğu kimi, "Formula 1" üçün də hər şey yüksək səviyyədə təşkil olunub və qonaqlara da tibbi xidmətlər yüksək səviyyədə göstəriləcək".


Sizin Reklam Yeriniz