Əlaqə Arxiv
news Image
2016.06.16
17:58
| A A A
Səfa Mirzəyev:"Milli Məclis Aparatı insan hüquqlarına zidd olan heç bir qanunu qəbul etməyəcək”

"İnsan hüquqları ilə məşğul olan insanlar heç vaxt sakit dura bilməzlər və biz də bu problemləri həll etməliyik. Mən sevinirəm ki, Azərbaycanda çoxlu sayda QHT yaranıb və o QHT-lər insanlar üçün çalışır".

Movqe.az xəbər verir ki, bu fikirləri bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin "18 İyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü" ilə əlaqədar parlamentdə təşkil etdiyi dinləmələr zamanı Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

S.Mirzəyev insan hüquqlarının daim inkişaf edən sahə olduğunu vurğulayıb: "Hər yeni nəsil yeni problemlər gətirir. Ölkə rəhbərliyi də insan hüquq və azadlıqları sahəsində problemlərin həllini diqqətdə saxlayır. Qeyd etmək istəyirəm ki, Milli Məclis Aparatı insan hüquqlarına zidd olan heç bir qanunu qəbul etməyəcək".

S.Mirzəyev həmçinin deyib ki, SSRİ-də əmək, sosial hüquqlar əksini tapmışdı, ancaq ümumilikdə insan hüquqları ritorikadan başqa bir şey deyildi.


Sizin Reklam Yeriniz