news Image
2016.06.16
18:40
| A A A
“Formula-1” komandaları Bakıya necə gəldi...

Xəbər verildiyi kimi Bakıda keçiriləcək "Formula-1" Avropa Qran Pri yarışlarında iştirak edəcək komandanlar və onların bolidləri, habelə texniki heyət artıq paytaxtdadır.Movqe.az  xəbər verir ki, komandaların Bakıya gəlişi heç də asan olmayıb. Çünki onlar bundan əvvəl Kanadanın Monreal şəhərində keçirilən yarışlarda iştirak edirdilər və Bakı yarışlarına qatılmaq üçün komandalar 9 min kilometrə yaxın məsafəni qət etməli olublar.


Almaniyanın sport.de portalı xəbər verir ki, komandaların bir neçəsi Monrealdan Bakıya gəlmək üçün Koreyanın "Korean Air" hava yolları şirkətindən 3 nəhəng Boeing-777 sərnişin təyyarəsi və 4 "Jumbos" yük təyyarəsi kirayə götürüblər. Bu təyyarələr 13 saat dayanmadan uçaraq cəmi 400 ton yükü və 800 nəfərə yaxın personalı Bakıya gətirib.


Çarter reysi kirayələməyə imkanı olmayan komandalar isə İstanbul və Frankfurt reysləri ilə gəliblər. "Sauber" komandasının meneceri Beat Zender deyib ki, komandaların çoxu iyunun 14-də axşam Monrealdan Sürixə uçublar. Oradan İstanbula, daha sonra Bakıya gəliblər. Mühəndis-texniki heyət isə bir gün sonra Bakıya gəlib.


Komandaların bu qədər uzun məsafəni qət etməsi asan deyil. Bunun üçün bolidləri söküb konteynerlərə yığmaq, ehtiyat hissələri, çəlləklərlə dolu mühərrik yağları, çoxsaylı təkərləri təyyarələrə yükləmək lazımdır. Bakıda isə bütün bu yükləri boşaldandan sonra hər komanda özünə xüsusi boks quraşdırır, orada texniki heyət, mühəndislər yarışın keçirilməsi üçün bolidləri hazır vəziyyətə gətirir, mümkün texniki nasazlıqların aradan qaldırılması üçün hazırlıq işləri görür. Komandaların bəziləri hazırlıq işlərini başa vurub, bəziləri isə işləri hələ davam etdirir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs