Əlaqə Arxiv
news Image
2016.06.17
11:17
| A A A
İtaliyanın keçmiş baş naziri ürəyindən əməliyyat keçirilib


Silvio Berluskoninin ürəyində mürəkkəb əməliyyat həyata keçirən San Rafaello klinikası  Mərkəzi Neftçilər Xəstəxanası ilə yaxından əməkdaşlıq edir.Məşhur kardiocərrah Ottavio Alfierinin də daxil olduğu həkim heyəti azərbaycanlı həmkarları ilə birlikdə Bakıda 350-dən çox ürək əməliyyatını uğurla icra edib.


İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ürəyində iki gün öncə aparılan mürəkkəb əməliyyat heç bir fəsad olmadan uğurla tamamlanıb. Bu barədə əməliyyata rəhbərlik edən kardiocərrah Ottavio Alfieri məlumat verib. Milan şəhərinin San Raffaele klinikasında 4 saaat müddətində davam edən əməliyyat zamanı 79 yaşlı Berluskoninin ürəyinin aorta qapağı dəyişdirilib. "Nəzərdə
tutduğumuz vaxtda həyata keçirilən əməliyyat müvəffəqiyyətlə, heç bir ağırlaşma olmadan başa çatdı. Hazırda xəstə intensiv terapiya şöbəsində yerləşdirilib və biz onun ayılmağını gözləyirik"- deyə Ottavio Alfieri əməliyyat sonrası jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bəyan edib.


Tibb sahəsində çətin və mürəkkəb hesab edilən əməliyyatın icra olunduğu San Rafaello xəstəxanası artıq 10 ildir ki, Mərkəzi Neftçilər Xəstəxanası (MNX) ilə yaxından əməkdaşlıq edir. San Raffaelo xəstəxanasının həkimləri dəfələrlə MNX-nın Ürək və Damar Xəstəlikləri Mərkəzininin qonağı olmaqla, öz təcrübələrini həmkarları ilə bölüşüblər. Məşhur ürək cərrahı Ottavio Alfieri özü də bir neçə dəfə Mərkəzi Neftçilər Xəstəxanasında olub və burada keçirilən beynəlxalq konfranslarda ürək-damar cərrahiyyəsi sahəsində tətbiq olunan innovativ yeniliklər barədə maraqlı açıqlamalar verib. Bununla yanaşı, Ottavio Alfierinin də daxil olduğu həkim heyəti azərbaycanlı həmkarları ilə birlikdə Bakı şəhərində 350-dən çox mürəkkəb ürək əməliyyatını uğurla icra edib.


Ürək və Damar Xəstəlikləri Mərkəzinə rəhbərlik edən Milli Məclisin üzvü, tibb elmləri doktoru,  Rəşad Mahmudov bildirib ki, azərbaycanlı ürək cərrahları da mütəmadi olaraq İtaliyanın Milan şəhərində yerləşən San Raffaelo xəstəxanasında təcrübə mübadiləsi keçirlər. Ürək-damar cərrahiyyəsi sahəsində əldə olunan ən son nailiyyətlərlə yaxından tanış olmaq, cərrahiyyə əməliyyatlarında birbaşa iştirak etmək yerli kardiocərrhalarımızın daha da püxtələşməsində mühüm rol oynayır.

Sizin Reklam Yeriniz