Əlaqə Arxiv
news Image
2016.06.17
11:37
| A A A
Avtobus sahiblərinə yeni tələblər- Konsepsiya hazırlanır-Özəl
Nuridə Allahyarova:"Konsepsiya təsdiqləndikdən sonra bizim qurum tərəfindən tələblərə əməl etməyən sahibkarlara qarşı ciddi ölçülər götürüləcək"

Paytaxtda şəhərdaxili və Bakı ətrafı sərnişindaşıma xidməti göstərən xətt sahiblərinə qarşı ciddi tələblər qoyulacaq. Bu barədə Movqe.az-a məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova verib. N. Allahyarova hətta marşurut sahiblərinin qarşısına sərnişindaşımada xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı ciddi tələblərin də qoyulduğunu söyləyib. Onun sözlərinə görə, bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən konsepsiya hazırlanır: " Sərnişindaşıma xidmətlərinin göstərilməsi ilə bağlı qanunvericilik mövcud olsa da, Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma ilə bağlı konkret tələbləri özündə əks etdirən yeni konsepsiya hazırlanır.  Bu konsepsiyanın iki əsas bölümü avtobus və taksilərdə sərnişindaşımanı əhatə edəcək. Konsepsiya təsdiqləndikdən sonra bizim qurum tərəfindən tələblərə əməl etməyən sahibkarlara qarşı ciddi ölçülər götürüləcək. Konsepsiya hazırlanma mərhələsində olsa da, Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma sahəsindəki çatışmazlıqların, qüsurların aradan qaldırılması üçün xətt sahibləri qarşısında tələblər qoyub. Artıq Bakı Nəqliyyat Agentliyində işçi qrupu yaradılıb. Həmin işçi qrupu tərəfindən bütün xətlərdə sərnişindaşıma ilə bağlı çatışmazlıqlar, qüsurlar öyrənilir. Bu məqsədlə monitorinqlər aparılır. Monitorinqlər zamanı sərnişindaşımada nöqsanlar aşkarlanan xətt sahibləri ilə Bakı Nəqliyyat Agentliyində görüşlər keçirilir, bu çatışmazlıqların aradan qaldırılması üçün konkret tələblər qoyulur. Artıq bizə daxil olmuş şikayətlər əsasında faktlar araşdırılaraq bir neçə xəttdə sərnişindaşıma ilə bağlı qaydaları pozan sürücülərdən 8 nəfəri işdən azad edilib. Bu bizim Agentliyin xətt sahibi qarşısında qoyduğu tələblərə, şərtlərə əsasən icra edilib. Hazırda Bakı Nəqliyyat Agentliyində yaradılmış işçi qrupu monitorinqləri davam etdirir. Eyni zamanda Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma xidməti göstərən sürücülərin yoxlanılmasına başlayıb. Bütün xətlərdə sərnişindaşıma xidməti göstərən sürücülər Bakı Nəqliyyat Agentliyinin "Sürücü Təlim Mərkəzi"ndə yoxlamadan keçirilir. Bu yoxlama zamanı yalnız tələblərə cavab verən sürücülər sərnişindaşımada xidmət göstərmək hüququnu əldə edirlər. Sürücülük vəsiqəsi, sərnişindaşıma xidməti göstərmək üçün müvafiq kateqoriyası olsa belə, "Sürücü Təlim Mərkəzi"ndə keçirilən sınaqdan üzüağ çıxmayan sürücülərə sərnişindaşımada xidmət göstərmək hüququ verilmir. Amma bu o demək deyil ki, o sürücülər ümumiyyətlə avtobus sürücüsü işləyə bilməzlər. "Sürücülərin Təlim Mərkəzi"həmin sürücülərə peşəkar sərnişindaşıma xidməti göstərə bilməsi üçün təlimlər keçir. Bu təlimlərin sonucunda uğurla sınaqdan keçənlərə sərnişindaşımada xidmət göstərmək hüququ verilir. Bu xətt sahiblərinin qarşısına şərt olaraq qoyulub".

N. Allahyarova  bildirib ki, sərnişindaşıma xidməti göstərən daşıyıcılarla bağlı ciddi tədbirlərə yay aylarının ortalarından başlanılacaq: "Bakı Nəqliyyat Agentliyinin sərnişindaşıma xidmətinin yüksəldilməsi, qaydalara uyğun yerinə yetirilməsi ilə bağlı tələblərinə məhəl qoymayan marşurutlarla bağlı ciddi dəyişikliklər olacaq. Agentlik tərəfindən daşıyıcılara bu barədə xəbərdalıq edilib. Elə daşıyıcılar var ki, onların tabeliyində olan bir neçə xətdə sərnişindaşıma səviyyəsi çox yüksəkdir. Amma digər xətlərdə isə çatışmazlıqlar var. Biz həmin daşıyıcılara da sərnişindaşımada nöqsanlar olan xətlərdə xidmət səviyyəsini yüksəltmək barədə ciddi tapşırıqlar vermişik".


  


Sizin Reklam Yeriniz