news Image
2016.06.17
13:28
| A A A
Nazirlik 4 faktla bağlı sənədləri Baş Prokurorluğa göndərdi-Eksklüziv

Bakıya satış üçün gətirilərkən aşkarlanan mənşəyi naməlum olan murdar ətlə bağlı şəbəkənin aşkar edilməsi üçün toplanılan 4 material Baş Prokurorluğa göndərilib. Bu barədə Movqe.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, rəis müavini Azər Süleymanov verib. A. Süleymanov deyib ki, artıq murdar ət satışı ilə məşğul olan şəbəkənin ifşa olunması üçün nazirlik tərəfindən 4 fakt üzrə sənədlər Baş Prokurorluğa göndərilib. A. Süleymanov hazırda murdar ət satışı ilə məşğul olan şəbəkənin fəaliyyətinin ifşa edilməsi üçün nəzarət tədbirlərinin davam etdirildiyini söyləyib: "Biz nəzarət tədbirlərini davam etdiririk. Bu qanunsuz işlə məşğul olan şəbəkə ilə bağlı məlumatlar daxil olan kimi reydlər keçirilir". 

Qeyd edək ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı paytaxta satış üçün gətirilən külli miqdarda murdar olmuş heyvan əti aşkarlayaraq zərərsizləşdirilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs