Əlaqə Arxiv
news Image
2016.06.17
14:22
| A A A
Bakıdakı “Şəhidlər” məscidinin statusu ilə bağlı rəsmi qərar verildi

Bakıdakı "Şəhidlər" məscidi Heydər məscidi kimi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən idarə olunacaq, orada dini icma yaradılmayacaq.


Movqe.az bildirir ki, bu barədə APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.


Məsciddə təmir işlərinin davam etdirilməsinə ehtiyac olduğunu deyən M. Qurbanlı qeyd edib ki, məscid protokol üçün açıqdır və ora gələn qonaqlar protokol qaydasında dini ayinləri icra etmək imkanına malikdirlər: "Məsciddə hər hansı dini icma yaratmağa ehtiyac yoxdur. "Şəhidlər" məscidi bütövlükdə protokol xarakterli dini ayinlərin icrası üçün istifadə olunur və belə də davam edəcək. Burada müvafiq olaraq dini ayinləri icra etmək üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən axund və imam təyinatları üçün nümayəndələr irəli sürülüb".

Sizin Reklam Yeriniz