Əlaqə Arxiv
news Image
2016.06.17
16:30
| A A A
Bakalavrlara xəbərdarlıq

2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 19 iyun saat 24:00-dək davam edəcək.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a bildirilib ki, bu gün saat 14:00-a olan məlumata əsasən, 5464 bakalavr elektron ərizəsinə daxil olaraq ixtisaslaşma seçimi etsə də, onlardan yalnız 4979 nəfəri ərizəsini təsdiq edib.


İxtisaslaşma seçiminə iyunun 9-dan start verilib. İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etməlidirlər.


Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Sizin Reklam Yeriniz