news Image
2016.06.17
17:20
| A A A
4G indi burada!

Azercell şirkəti sürətli mobil interneti hamı üçün əlçatan etmək məqsədi ilə dördüncü nəsl şəbəkəsinin əhatə dairəsini əsaslı şəkildə genişləndirir


Abunəçilərini ən keyfiyyətli və rahat rabitə xidmətləri təmin etməyə qarşısına məqsəd qoyan Azərbaycanın lider mobil operatoru Azercell Telekom sürətli mobil internetə olan tələbatı nəzərə alaraq 4G şəbəkəsini intensiv şəkildə inkişaf etdirir. Şirkət təkcə 2016-cı ilin ilk 5 ayı ərzində Bakıda və Abşeron yarımadasında 177 yeni LTE stansiyası quraşdırıb İyun ayının sonuna isə stansiyaların sayının 220-yə qədər artırılacağı planlaşdırlır. Hal-hazırda qeyd olunan ərazidə 4G stansiyalarının sayı 480-ə çatdırlıb. Bununla da sürətli mobil internetə ən çox təlabat olan Bakı və Abşeronun 4G ilə əhatə olunması səviyyəsi 79% çatıb və abunəçilər 4G şəbəkəsində100 Mb.s qədər sürətli internetdən istifadə edə bilərlər.


Yaxın zamanda bölgələrdə də 4G şəbəkəsini genişləndirmək niyyətində olan AzerceII, sürətli mobil interneti hamı üçün əlçatan etmək məqsədi ilə digər vacib tədbirlər də görüb. Məlumdur ki, 4G şəbəkəsinin üstünlüyündən yararlanmaq üçün ilk növbədə bu texnologiyanı dəstəkləyən cihazın olması vacibdir. Ölkədə smartfonların penetrasiyasını artırmaq niyyətini əsas tutaraq, Azercell öz müştərilərinə bu il ərzində artıq iki güzəştli smartfon kampaniyasını təqdim etdi. Hədsiz tarifinə qoşularaq İphone S6 və Samsung S6 Edge mobil cihazlarını güzəştli şərtlərlə əldə etmək imkanını qazandıran bu kampaniyalar abunəçilər arasında böyük maraqla qarşılandı.


Həmçinin, abunəçilərə müxtəlif əlverişli internet paketləri təqdim edən Azercell, təkcə son il ərzində Mobil İnterent tariflərində 55%-ə qədər endirim etdi.


Bundan əlavə, may ayından etibarən bütün Azercell abunəçiləri istənilən Azercell Müştəri Xidmətləri Mərkəzi və Azercell Ekspres ofislərinə yaxınlaşaraq 4G şəbəkəsini dəstəkləyən pulsuz sim kart əldə edə bilərlər.


Məlumat üçün bildirək ki, Azercell Azərbaycanda ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal" və "Testmy.net" kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı Azercell tərəfindən təmin olunur.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs