news Image
2016.06.18
09:00
| A A A
Sözü ilə əməli düz gəlməyən QHT-lər
Azər Həsrət: “Bir sıra QHT təmsilçiləri hesab edirlər ki, istədikləri məsələ ilə bağlı istədikləri obyektə müdaxilə edə bilərlər” Rauf Zeyni: “Dəfələrlə QHT-lərin qanunsuz fəaliyyəti ilə bağlı məlumatlar yayılıb”

Aprelin 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin "18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü" ilə əlaqədar parlamentdə təşkil etdiyi dinləmələr zamanı "reket" qeyri-hökumət təşkilatlarının fəaliyyətinə bir daha toxunuldu. Tədbirdə iştirak edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirdi ki, Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaları 2 il qadağan edib: "Ancaq bəzi QHT-lər istehsal sahələrinə daxil olub, qanunsuz yoxlamalar keçirməyə cəhd edir".

Mövzu ilə bağlı "Mövqe"yə münasibət bildirən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət də hazıda elə bir problem mövcud olduğunu təəssüflə qeyd etdi: "Bəzi sahibkarlar bəzi QHT-lərin öz imkanlarından sui-istifadə etməsindən şikayətlənirlər. Bununla bağlı məhkəməyə müraciət edən və QHT rəhbərinin həbsinə nail olan sahibkarlar da var.

Bir sıra QHT təmsilçiləri hesab edirlər ki, istədikləri məsələ ilə bağlı istədikləri obyektə müdaxilə edə bilərlər. Bu, yolverilməz haldır. Çünki, Azərbaycan qanunverciliyində QHT-lərin fəaliyyəti şəffaf şəkildə təmin edilir. Bundan sui-istifadə etmək həm həmin QHT-yə, həm də bütövlükdə QHT sektoruna kölgə salacaq əməllərdir. O baxımdan Əli Həsəvoun bu məsələni dilə gətirməsi problemin daha ciddi səviyyəyə çatmasından xəbər verir.

Bu cür hallar əvvəllər az-az olurdu. Görünür ki, indi bunun miqyası genişlənib. O baxımdan da dövlətin yüksək vəzifəli şəxsi problemi dilə gətirir. Yəqin ki, gələcəkdə bununla bağlı əlavə məlumatlar da veriləcək. O zaman dövlətin yaratdığı əlverişli şəraitdən sui-istifadə edən QHT-lər kimliyi bəlli olacaq".

Azər Həsrətin sözlərinə görə, burada boşluq ondan ibarətdir ki, Azərbaycan dövləti QHT-lərə güvənib: "Onların hərtərəfli fəaliyyəti üçün şərait yaradıb. Heç kimə fərq qoymadan hər bir QHT-nin istənilən bölgədə fəaliyyətinə şərait yaradıılb. Ancaq bəzi QHT təmsilçiləri bunu düzgün qiymətləndirə bilməyiblər".

Sədr əlavə etdi ki, bu kimi hallarla mübarizədə QHT sektorunun önündə gedən nisanların rolu birmənalıdır: "Çünki, Azərbaycan QHT sektoru kifayət qədər inkişaf edib. Bu sektorda dövlətçiliyin keşiyində duran, problemlərin həllinə nail olmağı bacaran, gərəkli məqamlarda dövlətlə əl-ələ vrərək millətin faydası üçün fəaliyyət göstərən QHT-lər mövcuddur. Onların üzərinə düşən məsuliyyətlərdən biri sektora verilən imkanlardan sui-istifadə edənləri aşkara çıxardıb cəzalandırılmasına və ya bu sektordan uzaqlaşdırılmasına nail olmaqdır. Görünür ki, biz özümüz də passiv davranmışıq. Əli Həsənovun çıxışından sonra bizim üzərimizə də müəyyən vəzifələr düşür. Ancaq Azərbaycan qanunverciliyi də tətbiq olunmalıdır. QHT-lərin bu cür sui-istifadə hallarından zərər çəkmiş insanlar açıq şəkildə çıxış etməlidirlər. Böyük həcmdə pulların əldə edilməsindən ayrı-ayrı məmurların incidilməsinə qədər hallar mövcuddur. Bir neçə il əvvəl xaricdən maliyyələşən QHT-lərlə bağlı dövlət addımlar atdı. O zaman bəlli oldu ki, bir sıra QHT-lər davamlı olaraq xarici ölkələrdən pullar alaraq xərcləyib, amma Azərbaycan dövlətinə şəffaf hesabat verməyiblər. Həmin məsələ də dövlətin müdaxiləsi ilə həllini tapmış oldu".

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni bildirdi ki, harada boşluq varsa, orada sui-istifadə halları mütləq olacaq: "Bu, bizim cəmiyyətdə də istisna deyil. Dəfələrlə QHT-lərin qanunsuz fəaliyyəti ilə bağlı məlumatlar yayılıb. Eyni zamana onların bu cür fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib. Unutmayaq ki, biz vətəndaş müharibəsindən vətəndaş cəmiyyətinə qədər ağır yol keçmiş cəmiyyətik.

Bu gün QHT-lərə verilən imkanlardan sui-istifadəni qətiyyətlə piləyirik. Neqativliklərə qarşı birgə mübarizə aparmalıyıq. Eyni zamanda vətəndaş cəmiyyətinin özü ictimai nəzarəti gücləndirməlidir. Güclü ictimai nəzarət, şəffaflıq olan yerlədə neqativ hallar da itir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs