Əlaqə Arxiv
news Image
2016.06.17
18:30
| A A A
"Formula 1" ilə əlaqədar Bakıda tibbi briqadaların sayı artırıldı

"Formula 1" yarışları ilə əlaqədar 42 tibbi briqada fəaliyyət göstərir.


Movqe.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yradım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib.


Tibbi briqadaların dünəndən etibarən fəaliyyətə başladığını deyən R.Nağıyev qeyd edib ki, yarışların keçiriləcəyi günlərdə bu briqadalar həm idmançılara, həm tamaşaçılara, həm də Bakı sakinlərinə xidmət edəcək.


Baş həkimin sözlərinə görə, tibbi briqadaların 12-si idmançılar, 6-sı tamaşaçılar üçündür, 9 həkim briqadası yarışın keçirildiyi yerlərdə yaradılan məntəqələrdə qonaqlara xidmət edəcək. Bununla yanaşı, Bakı Metropolitetinin iki stansiyasının çıxışında, Hökumət Evinin yanında, qapalı zonalarda - keçidlərdə də sakinlər üçün tibbi briqadalar yaradllıb.


 

Bakı sakinləri və qonaqların "Formula 1" sevinci (FOTO)

R.Nağıyev tibbi briqadaların sayının 42-dək artırılmasının səbəbini də açıqlayıb: "Əvvəl tibbi briqadaların yalnız tamaşaçı və idmançılar nəzərə alınmaqla yaradılması planlaşdırılırdı. Lakin sonra sakinləri də nəzərə almışıq, metro stansiyalarını və "Atletlər kəndi"ni həkim briqadalarının yaradıldığı siyahıya əlavə etmişik".

R.Nağıyev deyib ki, tibb məntəqələrinə sakinlər tərəfindən müraciətlər olsa da, onların hamısı yüngül problemlərlə bağlı olub.


Qeyd edək ki, əvvəl yarış zamanı tibbi yardımın göstərilməsi üçün 27 həkim briqadasının ayrılması nəzərdə tutulurdu.

Sizin Reklam Yeriniz