Əlaqə Arxiv
news Image
2016.06.19
10:30
| A A A
Ramazanın 13-cü günü: İftar və imsak vaxtı
Ramazanın 13-cü günü: İftar və imsak vaxtı

Bu gün Ramazan ayının 13-cü günüdür.

Movqe.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 19-da Bakıda imsak saat 03:08, iftar isə saat 20:30-dadır.

İftar duası:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".

Ramazan ayının 13-cü gününün duası:

"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı". 

("Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin").

 


Sizin Reklam Yeriniz