Əlaqə Arxiv
news Image
2016.06.20
10:31
| A A A
Sürüşən ərazidə yeni yol çəkiləcək-Açıqlama
Ələmdar Piriyev: "Yolda təmir-bərpa işləri aparmaq təhlükəli olduğundan, belə qərar verildi ki, ərazidə alternativ yolun çəkilişinə başlanılsın"

"İsmayıllı rayonu Basqal-Sulut yolunda baş vermiş sürüşmə, bu yoldan istifadəni təhlükəli həddə çatdırıb. Yolda təmir-bərpa işləri aparmaq təhlükəli olduğundan, belə qərar verildi ki, ərazidə alternativ yolun çəkilişinə başlanılsın".

Bu sözləri Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib. Ə. Piriyev bildirib ki, İsmayıllının Basqal-Sulut yolunun 10-cu kilometrliyində sürüşmə zolağının uzunluğu 750 metrdən 1 kilometrə çatıb: "Bu ərazidə çatın eni isə 400 metrə qədər aktivləşib. Yolun iki blokunda çatlar yaranıb. Həmin çatların uzunluğu hər blokda 20-75 metr, eni isə 12-140 sm-dir. Alternativ yol 5 km-lik ərazini əhatə edəcək və sürüşmə zonasından kənar keçəcək. Qeyd edim ki, Basqal-Sulut yolunun 10-cu kilometrliyində qeydə alınmış sürüşmə nəticəsində yolun təqribən 100-150 metrlik hissəsi çöküb. Sürüşmə yolun keçdiyi dağ yamacında böyük bir ərazini əhatə edir".

Ə. Piriyev digər sürüşmə zonalarında da sürüşmənin aktiv fonda olduğunu söyləyib. 

Sizin Reklam Yeriniz