Əlaqə Arxiv
news Image
2016.06.20
12:26
| A A A
"Formula-1" yarışlarında təcili yardıma edilən müraciətlərin sayı açıqlandı

"Paytaxtda keçirilən Formula-1 yarışları zamanı iyunun ayının 17-dən 19-dək təcili tibbi yardıma təxminən 100-dən artıq müraciət olub. Müraciət edənlər arasında qonaqlar, könüllülər və marşallar var".

Bu sözləri Movqe.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf  Nağıyev deyib. R. Nağıyev bildirib ki,  Formula-1 yarışlarında hələki günvurma ilə bağlı müraciət edən olmayıb: " Müraciət edənlər baş, çiyin və göz ağrılarından şikayətləniblər. Yarış iştirakçılarından isə təcili tibbi yardıma müraciət edən hələki olmayıb".

Məlumat üçün qeyd edək ki,  Səhiyyə Nazirliyi iyunun 17-dən 19-dək Bakıda keçirilən Formula-1 yarışları zamanı idmançılara yardım göstərilməsi üçün 12 tibbi yardım briqada ayırıb. 

Sizin Reklam Yeriniz