Əlaqə Arxiv
news Image
2016.06.20
14:10
| A A A
İsmayıllıda üç kəndin rayon mərkəzi ilə əlaqəsini bərpa etmək üçün alternativ yol çəkiləcək

İsmayıllıda üç kəndin rayon mərkəzi ilə əlaqəsini bərpa etmək üçün alternativ yol çəkiləcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyev  açıqlamasında deyib ki, bundan sonra rayon mərkəzi ilə kəndlər arasında gediş-gəliş bərpa olunacaq.

 

Ə.Piriyev qeyd edib ki, ölkə ərazisində müşahidə olunan atmosfer yağıntıları nəticəsində Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində, Sərsurə kəndinin girişində, Sulut çayının sağ sahilində baş vermiş sürüşmə nəticəsində avtomobil yolunun 350-400 metr hissəsi tamamilə sıradan çıxıb: "İsmayıllı rayonunun Sulut, Kələzeyvə və Sərsurə kəndlərini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunda nəqliyyatın hərəkəti tam dayanıb. Hazırda sürüşmə prosesi aktiv fazadadır. Əgər həmin əraziyə müdaxilə olunarsa, sürüşmə müəyyən qədər arta, nəticədə böyük fəsadlar yarada bilər. Uçqun artar, hər hansı texnikanı batırar. Həmin yolu bərpa etmək çətin məsələdir. Ona görə bu işlə məşğul olan müvafiq qurumlar alternativ yolun çəkilməsi barədə razılığa gəlib"./apa/

Sizin Reklam Yeriniz