Əlaqə Arxiv
news Image
2016.06.21
09:37
| A A A
Bu gün növbəti buraxılış imtahanları keçirilir

Bu gün növbəti buraxılış imtahanları keçirilir.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Movqe.az-a  verilən məlumata görə, Komissiya bu gün Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron, Sumqayıt şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin, eləcə də Heydər Əliyev adına Hərbi lisey və C.Naxçıvanski adına Hərbi Liseyin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.


TQDK-dan Trend-ə verilən məlumata görə, bu gün ümumilikdə 47 260 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 26 072, XI sinif üzrə 21 188). Buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb.


 

İlk buraxılış imtahanlarının nəticələri açıqlandı

Bu gün 26 072 (Naxçıvanda 1038, Kəngərlidə 223, Babəkdə 633, Ordubadda 439, Sədərəkdə 99, Culfada 404, Şərurda 792, Şahbuzda 158, Ağcabədidə 1813, Ağdamda 672, Zərdabda 601, Bərdədə 2110, Tərtərdə 728, Füzulidə 764, Beyləqanda 1174, Göyçayda 1335, Ucarda 937, Kürdəmirdə 1216, Ağdaşda 1205, Yevlaxda 1317, Ağsuda 743, Abşeronda 3354, Sumqayıtda 4176, Yasamalda 141) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

Həmçinin 21 188 (Naxçıvanda 922, Kəngərlidə 203, Babəkdə 583, Ordubadda 330, Sədərəkdə 72, Culfada 398, Şərurda 674, Şahbuzda 166, Ağcabədidə 1615, Ağdamda 445, Zərdabda 468, Bərdədə 1778, Tərtərdə 617, Füzulidə 729, Beyləqanda 942, Göyçayda 1062, Ucarda 681, Kürdəmirdə 985, Ağdaşda 908, Yevlaxda 1156, Ağsuda 528, Abşeronda 2375, Sumqayıtda 3268, Yasamalda 283) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.


İmtahanların idarə olunmasına ümumilikdə 180 imtahan rəhbəri, 2273 nəzarətçi-müəllim ayrılıb.

Sizin Reklam Yeriniz