Əlaqə Arxiv
news Image
2016.06.21
11:40
| A A A
Dövlət Komitəsi Ramazan təqvimi ilə bağlı monitorinqləri davam etdirir

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Ramazan təqvimi ilə bağlı monitorinqləri davam etdirir. Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.


Onun sözlərinə görə, monitorinqlər zamanı elə ciddi pozuntular aşkar edilməyib: "Bəzi hallar olub, amma biz bunların səbəbini anlaşılmazlıq, bilməməzlik kimi dəyərləndiririk. Qeyd olunan pozuntular əsasən regionlarda aşkar olunub. Monitorinq hələ davam edir".


S.Heydərov əlavə edib ki, hələlik rəsmi din xadimləri tərəfindən təqvimin pozulması halları aşkar edilməyib. Müəyyən qruplar var ki, bu pozuntulara onlar tərəfindən yol verilir.

Sizin Reklam Yeriniz