Əlaqə Arxiv
news Image
2016.06.21
11:19
| A A A
Şəki və Lənkəranda gənclər narkomaniyaya qarşı mübarizəyə qoşulub

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Narkotiklərə Qarşı Təbliğat" İctimai Birliyi tərəfindən "Region gənclərinin narkomaniya ilə mübarizədə rolunun artırılması" layihəsi çərçivəsində Şəki və Lənkəran şəhərlərində tədbirlər keçirilibdir. Qeyd edək ki, 3 (üç) ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə əsasən iki istiqamətdə-bu sahədə mübarizəni gücləndirəcək video-çarxın hazırlanması və yayılması, digəri isə daha çox region gənclərinin narkomaniya əleyhinə maariflənməsində yardımçı olacaq tədbirlərin keçirilməsi ilə icra olunur.  Layihə çərçivəsində keçirilən tədbirlərdə şəhər icra hakimiyyətlərinin, aidiyyatı dövlət qurumlarının (DİN, Səhiyyə, Gənclər və İdman, Təhsil nazirlikləri) yerli şöbələrinin bu sahəyə məsul şəxsləri, Prezident yanında QHT-rə Dövlət Dəstəyi Şurasının nümayəndəsi və KİV əməkdaşlarıiştirak etmişlər. Çıxış edən natiqlər ölkə üzrə son 5 ildə narkotiklərdən istifadədə yaş senzinin 30-dan 17-yə düşdüyünü, rəsmi statistikaya əsasən hətta orta məktəb şagirdləri arasında belə bu cür neqativ hallara rast gəlindiyini təəssüf hissi ilə bildirmişlər. Xüsusən regionlarda əhali, gənclər arasında məlumatlılığın az olması, maarifləndirmə xarakterli tədbirlərin məhdud çərçivədə keçirilməsi bu mübarizədə davamlılığın təmin olunmasını əngəlləmişdir.  Problemin təkcə dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətə aid olması proseslərə vətəndaş cəmiyyətinin, geniş ictimaiyyətin də qoşulmasını zəruri edir. Bu baxımdan QHT-in fəaliyyəti, onların aidiyyatı dövlət qurumları ilə əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanmış, bu istiqamətdə ictimai müzakirələrin təşkilini artırmaqla aparılan maarifləndirmə, təbliğat işlərində daha müasir forma və metodlardan, qabaqcıl təcrübə və texnolojiyadan istifadə ön plana çəkilmişdir. Qeyd olunan məsələnin aktuallığı barədə geniş müzakirələr aparılmış, bu cür vacib layihələrin icrasına göstərdiyi dəstəyə görə QHT-ə Dövlət Dəstəyi Şurasına minnətdarlıq bildirilmiş və gənclərin narkomaniya əleyhinə maariflənməsini gücləndirəcək tədbirlərin bundan sonra da keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Sonda çoxsaylı suallar cavablandırılmış və bu sahədə maarifləndirməni gücləndirəcək metodoloji vəsaitlərin paylanması prosesi həyata keçirilibdir.




















Sizin Reklam Yeriniz