Əlaqə Arxiv
news Image
2016.06.21
11:28
| A A A
Nikahdankənar doğulan uşaqların sayı azalıb-Komitədən açıqlama

Azərbaycanda qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı azalıb. Bu barədə Movqe.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib. E. Səfərov bildirib ki, Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı ötən il 25 min olub: "Ondan əvvəlki il isə bu rəqəm 27 min olmuşdu. Statistik rəqəmlər göstərir ki, ölkəmizdə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı ilbəil azalır. Buna səbəb Azərbaycanda erkən nikahların sayının azalması və rəsmi nikahların bağlanmasına daha çox üstünlüklərin verilməsidir".   


E. Səfərovun sözlərinə görə, Azərbaycanda nikahdankənar uşaqların doğulmasına streotiplər də təsir göstərir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən Azvision.az-ın sorğusuna verilən cavaba görə, 2015-ci ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 24038 nəfər olub.  Uşaqlardan 9411-i şəhər yerlərində, 14627-i isə kənd yerlərində doğulub. 

2014-cü ildə qeyri-rəsmi nikahda olan qadından doğulan uşaqların sayı isə 25486 nəfər olub.  Komitədən, həmçinin bildirilib ki, son 5 il ərzində ölkədə ildə orta hesabla 172 min, hər gün isə 471 körpə dünyaya gəlir. 

Sizin Reklam Yeriniz