Əlaqə Arxiv
news Image
2016.06.21
13:22
| A A A
Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

İyunun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən xəbərə görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var.  Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı,  dolu düşəcəyi, günün ikinci yarıısında əsasən yağmursuz olacağı  gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohhəsas insanlar üçün əsasən əlverişlidir.

Sizin Reklam Yeriniz