news Image
2016.06.22
11:07
| A A A
Türkiyədə Məhəmməd peyğəmbərin saqqalı oğurlanıb

Türkiyədə Məhəmməd peyğəmbərin saqqalı ("Sakal-ı Şerif") naməlum şəxslər tərəfindən oğurlanıb.

 

Movqe.az-ın  verdiyi məlumata görə, peyğəmbərin saqqalı Ramazan ayı münasibətilə sərgilənmək üçün Kocaeli vilayətindəki Dəyirməndərə Yalı Camisinə aparılıb. Gecə saatlarında camidə çalışanlar saqqalın mühafizə olunduğu qutunun yoxa çıxdığını görüblər. Polis dərhal təhqiqata başlayıb.

 

Qeyd edək ki, "Sakal-ı Şerif" İstanbuldakı Topqapı sarayında saxlanılır və dini bayramlarda sərgilənmək üçün Türkiyənin müxtəlif vilayətlərinə aparılır./apa/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs