Əlaqə Arxiv
news Image
2016.06.22
11:15
| A A A
45 154 şəkərli xəstə qlükometrlə təmin olunub

"45 154 nəfər şəkərli diabet xəstəsi qlükometrlə təmin olunub. 14 397 nəfər şəkərli diabet xəstəsinə insulin terapiyası xidməti təqdim edilir". Movqe.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzində mətbuat nümayəndələri üçün dəyirmi masada Respublika Endikronoloji mərkəzin direktoru Yusif İsmizadə məlumat verib. Tədbirdə bildirilib ki, bundan başqa, bölgələrdə maarifləndirmə işinin daha yaxşılaşdırılması üçün REM tərəfindən elmi-praktik konfranslar təşkil olunur (Mingəçevir, Xaçmaz, Masallı, Gəncə və basqa bölgələrdə). Eyni zamanda, maarifləndirmə işinin davamı olaraq xəstələrlə, xüsusilə uşaq pasientlərə təlimlər habelə hər ayın 3-cü Bakı şəhərində fəaliyyət göstərən həkim endokrinoloqlar üçün elmi-praktik konfranslar  keçirilir. Bakı şəhəri poliklinikalarında və bölgələrdə "diabet pəncəsi" xidmətinin yaradılmasına dair hazırlıq işləri aparılır.  REM eyni zamanda diabet xəstələrinin istirahətinin təşkili məqsədi ilə də zəruri işlər görür. Mərkəz Azərbaycan Diabet Liqası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 50 nəfər şəkərli diabetli (tip 1) gənclərin yay düşərgəsinə istirahətini təşkil etib. 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz