Əlaqə Arxiv
news Image
2016.06.22
12:22
| A A A
Azərbaycanda yedək-təchizat gəmisi təmir edilib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (AXDG) "Om" yedək-təchizat gəmisinin "Bibiheybət" gəmi təmiri zavodunda dok təmiri yekunlaşıb. Bu barədə Movqe.az "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə istinadən məlumat verir. Gəmi doka qaldırıldıqdan sonra bütün gövdəsi təmizlənərək rənglənib, zəruri gövdə-qaynaq işləri aparılıb.


Gəmi təmirçiləri "Om"un mexanizm və boru sistemlərində lazımi yoxlama və təmir işləri görüblər. Gəminin elektrik avadanlıqları və avtomatikası tənzimlənərək, istismara hazır vəziyyətə gətirilib, xidməti və yaşayış otaqlarında heyətin çalışması və dincəlməsi üçün hər cür şərait yaradılıb.


Qeyd edək ki, AXDG-nin yedək və təchizat gəmiləri dənizdəki neft-qaz yataqlarının təminatında əhəmiyyətli rol oynayır. "Om" gəmisi də "Azneft" İstehsalat Birliyi ilə müqavilə əsasında "Günəşli" yatağında aparılan əməliyyatlarda yaxından iştirak edəcək.

Sizin Reklam Yeriniz