Əlaqə Arxiv
news Image
2016.06.22
15:15
| A A A
Sabahın hava proqnozu: 38 dərəcə isti

Sabah Azərbaycanda havanın 38 dərəcəyə qədər isti olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a  verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturuAbşeron yarımadasında gecə 21-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.


Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında iyunun 23-dəhava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə13-18, gündüz 22-27 dərəcə istiolacaq.

Sizin Reklam Yeriniz