news Image
2016.06.22
13:10
| A A A
Xədicə İsmayıl 2500 manatlıq cərimədən azad olundu

Jurnalist Xədicə İsmayıl iyunun 15-dən icrasına başlanan amnistiya aktına əsasən cərimədən azad edilib. Movqe.az xəbər verir ki, bu barədə Trend-ə X.İsmayılın vəkili Fəxrəddin Mehtiyev məlumat verib.


Vəkil bildirib ki, X.İsmayıl məhkəmə qərarı ilə 2500 manat cərimə olunmuşdu. İyunun 15-də icrasına başlanan amnistiya aktı ilə o, cərimədən azad olunub.


Qeyd edək ki, Binəqədi rayon məhkəməsinin qərarı ilə X.İsmayıl ötən il şərəf və ləyaqətin təhqir olunmasında təqsirli bilinərək 2500 manat cərimələnmişdi.


Xatırladaq ki, X.İsmayıl həmin vaxt həbsdə olub. Jurnalist bu il mayın 25-də Ali Məhkəmənin qərarı ilə şərti cəza alaraq azadlığa buraxılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs