news Image
2016.06.22
16:52
| A A A
Polikarpovlar ailəsi: "Həyatımızın ən ağır məqamında köməyə görə Heydər Əliyev Fonduna minnətdarıq"

Heydər Əliyev Fondunun köməkliyi və diqqəti sayəsində Bakıda yaşayan gənc ailə - İrina və Anton Polikarpovlar "Baku Medical Plaza" klinikasının həkimlərinin səhlənkarlığı ucbatından yaranmış problemi həll edib.


Xatırladaq ki, İrina Polikarpova bu klinikada əkiz uşaqlar dünyaya gətirib və həkim Öndər Tulunbacının keçirdiyi planlaşdırılmış qeysəriyyə kəsiyindən sonra xəstənin həyatını təhlükə altına qoyan ciddi fəsadlar yaranıb.


İctimaiyyətin həyəcanla izlədiyi bu dramatik hadisənin əvvəlindən Heydər Əliyev Fondunun əməkdaşları məsələni nəzarət altında saxlayırdılar, gənc ananın sağlamlığı və onun müalicəsinin gedişi ilə daim maraqlanırdılar. Bu qayğı və diqqət sayəsində uğurlu reabilitasiya həyata keçirildi və artıq İ.Polikarpovanın həyatı üçün təhlükə yoxdur.


Onun sözlərinə görə, Heydər Əliyev Fondunun köməkliyi sayəsində gənc ailənin bahalı müalicəyə görə klinikaya borc məsələsi də həll olunub. Klinikadan Polikarpovlara bildiriblər ki, onların bu tibb müəssisəsi qarşısında heç bir borcları yoxdur.


Anton Polikarpov deyib: "İndiyədək sevincdən özümə gələ bilmirəm. Dünən bilmirdik ki, borcumuzu necə ödəyəcəyik, klinikadan bu gün səhər saatlarında isə bizə zəng etdilər və bildirdilər ki, məsələ həll olunub. Mən Heydər Əliyev Fonduna ən dərin təşəkkürümü bildirirəm ki, onlar həyatımızın ən ağır məqamında bizi dəstəklədilər. Onlara necə təşəkkür edəcəyimi bilmirəm. Həyatım boyunca onlara minnətdar olacağam".


Qeyd edək ki, İrina və Antonun uşaqları özlərini yaxşı hiss edirlər və hazırda gənc ananın özü onların yanındadır

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs