news Image
2016.06.22
18:30
| A A A
Hovuzda çimənlər, EHTİYATLI OLUN: yoluxa bilərsiniz

Yay aylarında dəniz qədər hovuz da çimmək də aktualdır. Lakin bu zaman qulaqları qorumaq şərtdir. Məhz yay aylarında dəniz və hovuzla bağlı olaraq ən çox qarşılanan xəstəlik otitis eksternadır.  bildirir ki, otitis eksterna xarici qulaq yolu infeksiyasıdır. Xəstəlik xarici qulaq kanalında müşahidə edilən bir infeksiyadır. Xüsusi qulluq edilməyən, təmizlənməyən, çirkli hovuzlarda xarici qulaq yolu infeksiyalarının ortaya çıxma riski çox yüksəkdir. Xarici qulaq kanalı infeksiyalarının çoxu xüsusilə isti, nəmli mühitlərdə və yaz aylarında meydana gəlir.

 

Bu xəstəliklərin başlıca şikayətləri qulaqda qaşınma, qızartı və şişkinlik, ağrı, qulaq axıntısı, tıxanıqlıq və eşitmə azlığıdır. Xarici qulaq kanalı infeksiyası meydana gətirən faktora əsasən (bakterial və ya göbələk infeksiyaları) qulaq damlaları ilə və lazımlı vəziyyətlərdə antibiotik həblərin qəbulu ilə müalicə edilir.

 

Qulaqları mümkün qədər quru saxlamağa çalışın. Üzərkən qulaq tıxaclarından istifadə edin. Üzmə sonrası duş alın və qulaq kanalındakı suyu, başınızı əyib və qulaqlarınızı yüngülcə arxaya-yuxarıya əyərək boşaldın. Saç qurutma maşınını ən aşağı sürətdən istifadə edərək və qulağınızdan təxminən 20-30 sm uzaqda tutaraq kanalı qurudun. Qulağınızı pambıqlı qulaq çöpü, qələm və ya barmaqlarınızla qurdalamayın. İstifadə etdiyiniz hovuzun təmiz olmasına diqqət edin./aile.lent.az/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs