Əlaqə Arxiv
news Image
2016.06.23
10:50
| A A A
Ermənistanda 10 mindən çox müəssisə bağlanıb

Ermənistanda son bir ildə 10 min 29 müəssisə fəaliyyətini dayandırıb. AzVision.az `Johovurd` nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan İşə Götürənlər İttifaqının sədri Qaqik Makaryan bildirib. Makaryanın sözlərinə görə, işsiz qalan ermənilərin əksəriyyəti qazanc üçün Rusiyaya üz tutur: "Rusiyaya gedənlərin sayı hələ də yüksək səviyyədə qalmaqdadır. İnsanlar Rusiyada çətinliklərə və inflyasiyaya baxmayaraq, yenə də bu ölkəyə gedirlər. Təəssüflər olsun ki, Ermənistanı tərk edənlərin sayı azalmır, əksinə daha da artır", - deyə qəzet yazır.



Sizin Reklam Yeriniz