news Image
2016.06.23
15:06
| A A A
Səbaildə narkomaniya əleyhinə mübarizə tədbirləri daha da gücləndirilib

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisindəki idarə və təşkilatlarda, ali və orta məktəblərdə narkomaniya əleyhinə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri "26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə günü"nə həsr olunmuş "Səbailli gənclər nakomanlığa yox deyir!" mövzusunda tədbir оlub. Tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.

Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin, Dövlət Kömrük  Komitəsinin, Bakı Şəhər Narkoloji dispanserinin, bir sıra  Qeyri-Hökumət Təşkilatlarının, Rayon Hüquq mühafizə orqanlarının, ağsaqqalların, pedaqoji işçilərin, din xadimlərinin, ictimaiyyət və gənclərin nümayəndəlrinin iştirakı ilə keçirilən tədbiri Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev açıq elan edərək bildirmişdir ki, son vaxtlarda Səbail rayonunda zamanənin bəlası olan narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirilmişdir. Keçirilən tədbirlər epizodik deyil konkret olmalı və müvafiq qurumlar bu bəlaya qarşı mübarizədə öz əlaqələrini daha da möhkəmlətməlidirlər.

Qeyd olunmuşdur ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox  zəruridir. Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkomaniya probleminə qarşı mübarizə tədbirlərinin görülməsi vacibliyinin ön plana çıxdığını və problemə münasibətdə yeni mərhələnin başlandığını qeyd etdi. Bildirdi ki, 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. Bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilərək bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib. Azərbaycan Respublikası həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateci kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirərək, narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Həmçinin narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olaraq bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğuladı.

Eldar Ağayev rayonda narkomaniya probleminə qarşı mübarizə tədbirlərindən danışıb. Qeyd edib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. 

O, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyinə toxunaraq yay aylarında Səbail RİH tərəfindən təşkil olunan tədbirlər barədə məlumat vermiş, narkomaniya  ilə bağlı keçirilən tədbirlərin əsas məqsədinin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu dəhşətli sosial bəla ilə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğulamışdır.

Sonra narkomaniyanın fəsadları ilə bağlı film və maarifləndirici video-çarxlar nümayiş etdirildi.

 Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun  nümayəndəsi Şahin İsmayılov, İçəri şəhər "Həzrət Məhəmməd məscidi"nin axundu Hacı Sadiq Əsgərov, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbər müavini Leyla Yolçuyeva, Bakı Şəhər Narkoloji dispanserin baş həkim müavini Bilal Əsədov, Səbail rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşı Bəhram Qasımzadə, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, Respublika QİÇI Mərkəzinin əməkdaşı Cavid Cahangirli, ADPU-nin professoru Vəli Əliyev, XXI Əsrin Qadınları İB-nin sədri Mahirə Əmirhüseynova və digər çıxışçılar ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd etdilər. Bildirdilər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Çıxışlarda Narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulanmışdır.

Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi, onların təklifləri dinlənilərək sualları cavablandırıldı.

Tədbirdə rayonun idarə və təşkilatlarında, ilk növbədə orta və ali təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi vurğulanmışdır. 



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs