Əlaqə Arxiv
news Image
2016.06.23
18:20
| A A A
Ermənistan hökuməti xidməti avtomobilləri satışa çıxardı

Ermənistan hökumətinə məxsus 383 xidməti avtomobil satışa çıxarılıb.Ermənistan KİV xəbər verir ki, ölkənin Nazirlər Kabinetinin iyunun 23-də keçirilən iclasında avtomobillərin Dövlət Əmlak İdarəsinin balansına keçməsi haqqında qərar qəbul edilib.Xəbərə görə, avtomobillərin satışından əldə olunan gəlir dövlət büdcəsinin hesabına köçürüləcək.İnformasiyaya əsasən, Vergilər Nazirliyinin 27, Əmək və Sosial məsələlər Nazirliyinin 26, Kənd Təsərrüfatı Nazirliynin 9, İqtisadiyyat Nazirliyinin 4 xidməti avtomobili satışa çıxarılıb.Nəqliyyat vasitələrinin satışından dövlət büdcəsinə əhəmiyyətli həcmdə maliyyə vəsaiti daxil olacağı gözlənilir. Dövlət Əmlak İdarəsinin balansında daha 274 avtomobilin olduğu da bildirilib.


Sizin Reklam Yeriniz