news Image
2016.06.23
17:47
| A A A
Bakıda 55 mindən çox şagird imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 25-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. Komissiyadan Movqe.az-a verilən məlumata görə, həmin gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər. İmtahanlarda ümumilikdə 55908 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 31254, XI sinif üzrə 24654). IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır. Buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 79 imtahan mərkəzi ayrılıb. Həmin gün 31254 (Yasamal rayonunda 2744, Binəqədi rayonunda 3770, Səbail rayonunda 1683, Xətai rayonunda 3397, Nərimanov rayonunda 2337, Nəsimi rayonunda 2089, Nizami rayonunda 2474, Sabunçu rayonunda 4611, Xəzər rayonunda 2908, Suraxanı rayonunda 2925, Qaradağ rayonunda 2067, Pirallahı rayonunda 249) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. İyunun 25-də 24654 (Yasamal rayonunda 2382, Binəqədi rayonunda 3125, Səbail rayonunda 1523, Xətai rayonunda 2874, Nərimanov rayonunda 2197, Nəsimi rayonunda 1719, Nizami rayonunda 2072, Sabunçu rayonunda 3074, Xəzər rayonunda 1934, Suraxanı rayonunda 2140, Qaradağ rayonunda 1408, Pirallahı rayonunda 206) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunmasına ümumilikdə 79 ümumi imtahan rəhbəri, 207 imtahan rəhbəri, 2474 nəzarətçi-müəllim ayrılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs