Əlaqə Arxiv
news Image
2016.06.23
20:30
| A A A
Şağlot Lö Bon və Giyom Kanetin unudulmaz sevgi səhnəsi

"Buzlağın sirri" romantik komediyasında bu iki aktyor rol alıb. "Buzlağın sirrin"də gənc alimi canlandıran Şağlot Lö Bon öz rəisi gözəl Giyom Kaneti dəlicəsinə sevir. Rejissor Maği Madiniye "Allocine" saytına deyib ki, ssenaridə "gülməli, komik, mənasız" səhnələr yer alıb: "Kinoda mənim önəm verdiyim məsələ utancaqlıq hissidir, personaj ekranda utananda mən də eyni hissləri keçirirəm".

Rejissorun ilk tammetrajlı filmi qəhrəmanların arasında məhəbbət səhnələrilə fərqlənir. "Məhəbbət səhnələrini çəkmək çox çətindir, eynilə ona nail olmaq da çətindir. Bu filmdə çəkilişin sirri belə səhnələrin ətrafındadır. Bu məni qucaqlaşmanın ardıcıllığına və nə isə qeyri-adi gülməli səhnələrə həvəsləndirir. Mən nə isə ardıcıl, eyni zamanda sirli və gülməli səhnələr olmasına çalışıram" .

Şağlotta Lö Bon üçün dublyor çağırmaq barədə söhbət belə ola bilməz. "Açıq-aydın səfeh məqsədi olan belə səhnələrin təkrarı sadəcə mümkün deyil. Bu, təkrarolunmaz spektr imkanı yaradır. Bütün akrobatik hərəkətləri mən özüm dublyorsuz yerinə yetirmişəm. Mən onlara deyirdim:"Bəli, sizi əmin edirəm ki, mən çox möhkəməm və öz bədənimlə çox şeyi edə bilərəm".



Sizin Reklam Yeriniz