news Image
2016.06.24
10:50
| A A A
PKK tərəfdarları Niderlandda Türkiyə və Azərbaycanın diaspor missiyasını həyata keçirən təşkilata silahlı hücum edib

 Niderlandda Türkiyə və Azərbaycanın diaspor missiyasını həyata keçirən təşkilata hücum olub.

 

Movqe.az xəbər verir ki, bunu Krallıqdakı Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın apa-ya bildirib ki, ötən gün axşam yerli vaxtla 21.00-22.00 arası 30 silahlı şəxslər tərəfindən

 

Niderlandın Dordrecht şəhərində yerləşən Ayasofya cami və Hilal Vakfi (Bozqurdçular) təşkilatının mərkəzi ofisinə hücum olub, ofis dağıdılıb, təşkilatın bir əməkdaşı başından güllələnməklə ağır yaralanıb, digərinə xəsarət yetirilib.

 

İ. Aşkının sözlərinə görə, hücumun PKK tərəfdarları tərəfindən edildiyi bildirilir.

 

Hazırda yaralılar xəstəxanada yerləşdirilib, vəziyyətləri orta ağırdır. Hadisə barədə polisə müraciət olunub, polis təşkilatın ofisini mühafizəyə götürüb. Hazırda Niderland polisi hadisəni törədənləri axtarır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs