Əlaqə Arxiv
news Image
2016.06.24
12:22
| A A A
Milli Məclisdə qalmaqal - Spiker deputatla dalaşdı

Milli Məclisin növbədənkənar sessiyası işə başlayıb.  Movqe.az xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklə bağlı müzakirələrdə çıxış edən millət vəkili Zahid Orucun mövzudankənar dediyi fikirlər spiker Oqtay Əsədovu qəzəbləndirib.  Çıxışı saxlanıldığı üçün deputat yerində etiraz edərək danışmaq istədiyini bildirib. Spiker millət vəkilinə irad tutaraq deyib ki, o, hər dəfə mövzudan kənar məsələlərə toxunur. Bu zaman deputatla sədr arasında narazılıq yaranıb. Spiker Zahid Oruca bir daha ona söz verməyəcəyini deyib: "Sən artıq həddini aşırsan, özünü aparmağı bacarmırsan. Yerindən danışma. Bundan sonra səni yazılmağa da qoymayacam. Sənin səviyyən yoxdur. Bunu da bu gün gördüm".


Sizin Reklam Yeriniz