Əlaqə Arxiv
news Image
2016.06.24
12:48
| A A A
Ölkəmizdəki əcnəbilərə yaşıl işıq

Azərbaycanda qeyri-kommersiya məqsədi ilə mal alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ödədikləri əlavə dəyər vergisi (ƏDV) ölkəni tərk etdikləri zaman onlara geri qaytarılacaq.  Movqe.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında bununla bağlı Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Məcəllənin 165.1.3-cü maddəsinə edilən dəyişikliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ixracından ƏDV sıfır (0) dərəcəsi ilə tutulacaq.

Məcəlləyə əlavə edilən 165.3-cü maddəyə görə isə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.


Sizin Reklam Yeriniz