news Image
2016.06.24
13:03
| A A A
Spiker Zahid Orucdan Milli Məclisin İntizam Komissiyasına şikayət edib

Millət vəkili Zahid Orucla bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq. Movqe.az-ın məlumatına görə, bununla bağlı bu gün spiker Oqtay Əsədov İntizam Komissiyasının sədri Ağacan Əbiyevə tapşırıq verib.O. Əsədov komissiyanın iclasında Z. Orucun bu gün Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb.

Milli Məclisin  deputatı, komitə sədri Siyavuş Novruzov isə MM-in növbədənkənar sessiyasının sonuncu plenar iclasındakı çıxışında deyib ki, parlament sədri istənilən məsələyə müdaxilə etmək hüququna malikdir və edir: "Neçə ildir Milli Məclisdə çalışırıq. Hər kəsə söz verilir, danışır və vaxtı bitir. Hər bir çıxışa reaksiya da ola bilər. Axı burada qızışmağa nə var? Komitə sədrinin sözlərinə görə, parlament sədri istənilən məsələyə müdaxilə etmək hüququna malikdir və edir. Burada gərək etika qaydalarına riayət edək. Azərbaycanda mövcud adət ənənə böyük-kiçik məsələsi var. Milli Məclisdəki əvvəlki vəziyyətləri görmüşük. Deyirsiz ki, həmin dövrə qayıdaq? Fikir bildirdin, bitdi. Hər kəs deyə bilməz ki, bu fikir düzdür. Hər kəsin öz fikri var. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Söz verildi danışırıq mikrafon söndüsə deməli söhbət bitdi. Yoxsa hər kəs yerdən bir söz desə onda bizim Milli Məclis hansı vəziyyətə qalar? Ona görə də gələcəkdə bu məsələni nəzərə almalıyıq".

Qeyd edək ki, MM-in bugunkü iclasında spikerlə deputat arasında mübahisə yaranıb. O. Əsədov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı mövzuya uyğun danışmamasını Z. Oruca irad tutub, deputat isə yerindən danışaraq ona cavab qaytarıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs