news Image
2016.06.24
15:30
| A A A
Savadsız həkimlərimizin sayı AÇIQLANDI

2016-cı il yanvar-iyun ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak üçün 8069 nəfərə "Buraxılış vərəqəsi" verilib.


Movqe.az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, onlardan 6670 nəfəri imtahanlardan uğurla keçib. İmtahanlarda 1-ci cəhddən keçməyənlərin sayı 713 nəfərdir.


İmtahanlarda iştirak edənlərin 4473 nəfəri 50 baldan çox, 1355 nəfəri 45-50 bal arası, 842 nəfəri 40-45 bal arası toplayıb. Sentyabr ayına qədər keçiriləcək test imtahanlarında iştirak üçün daha 1134 nəfərə yaxın namizəd qeydə alınıb.

 

Terapiya, pediatriya, stomatologiya, anesteziologiya - reanimatologiya, kardiologiya və laboratoriya ixtisasları, eləcə də orta tibb işçiləri üzrə tibb bacısı, mama və feldşer ixtisasları üzrə mütəxəssislərin sayı ölkədə çoxluq təşkil etdiyindən bu ixtisaslar üzrə test imtahanı və imtahanlarda iştirak edənlərin sayı nisbətən çoxdur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs