Əlaqə Arxiv
news Image
2016.06.24
16:10
| A A A
Heydər Əliyev hava limanı "Formula 1" müddətində 118 mindən çox sərnişinə xidmət göstərib

İyunun 10-dan 22-dək Bakıda "Formula 1" Avropa Qran Prisi yarışına hazırlıq və yarışın keçirilmə müddətində Heydər Əliyev Beynəlxalq Hava Limanı 118 mindən çox sərnişinə və 640-dan çox reysə xidmət göstərib.


"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olub. Həmçinin 758 sərnişinlə 6 çarter reysi yerinə yetirilib.


Bu müddət ərzində 372 sərnişinə xidmət göstərən 99 biznes aviasiya reysi (Business Aviation) yerinə yetirilib.


"Formula 1" yarışının Avropa mərhələsinin iştirakçılarının Bakıya gəlməsinin ən pik günləri iyunun 14-ü və 16-sı olub. Hər gün Heydər Əliyev Beynəlxalq Hava Limanına 6 minə yaxın sərnişin gəlib.


Yarış müddətində "Silk Way West Airlines", "Cargolux" və "Nippon Cargo Airlines" yük aviaşirkətləri bolid və digər "Formula 1" avadanlıqları ilə 7 çarter və 1 part-çarter reysi yerinə yetirib. Yükdaşımalarının dövriyyəsi 1.6 milyon kiloqramdan artıq təşkil edib.


Xatırladaq ki, Bakıda ən nüfuzlu idman yarışlarının biri - "Formula 1" Avropa Qran Prisi yarışı uğurla başa çatıb. Bu, beynəlxalq idman arenasında Azərbaycanın növbəti uğurudur.

Sizin Reklam Yeriniz